Tatarıstanda 9-cu sinif şagirdi qar uçqununa düşərək ölüb.

Unikal.org  xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Çistopol rayonunun Danaurovka kəndində baş verib. 15 yaşlı yeniyetmə və onun 3 sinif yoldaşı Puşkin küçəsində yarğan boyunca oynayırmış. Hansısa məqamda oğlanın ayağı büdrəyib və yarğana yıxılıb. Bu zaman uşağın üzərinə qar topası tökülüb və o, qarın altında qalıb.

Uşaqlardan ikisi aşağı düşərək onu çıxartmağa çalışıblar, digər məktəbli isə kömək çağırmağa qaçıb. Uşaq gec tapılıb. Hadisə yerinə gələn tibb işçiləri məktəblinin öldüyünü təsdiqləyiblər.