Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidenti Pyotr Poroşenkonun iqamətgahına nüvə silahı ilə hücüm etməyi təklif edib.

Unikal.org xəbər verir ki, siyasətçi belə bəyanatla "Rossiya 1 telekanalında "Vladimir Solovyevlə axşam proqramının efirində çıxış edib.

"Kiçik bombanı. Xirosimaya atılan bomba qədər deyil, daha kiçik bombanı. Məsələn, 10 kilometr radiusda təsiri olan, - siyasətçi deyib.

Xatırladaq ki, Jirinovski martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacağına və Ukraynanın bütün ordusunu məhv edəcəyinə söz verib.