Daşkəsən rayonunda sərxoş halda atasını döyən oğul saxlanılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, rayon sakini,1971-ci il təvəllüdlü Mahir Nadir oğlu Əliyev sərxoş halda hələlik bilinməyən səbəbdən atası, 1946-cı il təvəllüdlü Nadir Qacar oğlu Əliyevi maşa ilə döyüb. Bədənin müxtəlif nahiyələrindən, eyni zamanda başından bir neçə zərbə alan ata xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı N.Əliyev də sərxoş vəziyyətdə olub. Hadisəni törədən şəxs isə saxlanılaraq Daşkəsən Rayon Polis Şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.