Bakıda evdən külli miqdarda dəyəri olan qızıl əşyalar oğurlamış şəxs tutulub.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 13500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Sultanov saxlanılıb.
Araşdırma aparılır.