Bakıda qıza təcavüz etməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Nizami İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Nizami İsgəndərov əvvəllər oğurluq və soyğunçuluq cinayətləri törətdiyi üçün məhkumluq həyatı yaşayıb. 2016-cı ilin ortalarında vaxtından əvvəl həbsdən azad olunan Nizami İsgəndərov daha ağır bir cinayətə əl atıb.
Cinsi əlaqədə olmaq istəyi
O, həmin ilin oktyabrının 19-da, saat 11-də Nəsimi rayonu, Cavadxan küçəsi 29 saylı binanın yaxınlığında olan zaman piyada səkisi ilə gedən Samirə Əhmədovanı (ad və soyad şərti verilib - red.) görüb.
Nizami İsgəndərov Samirə ilə cinsi əlaqədə olmaq istəyib. O, bu məqsədlə orada qıza yaxınlaşıb və onunla cinsi əlaqədə olmaq istədiyini deyib.
Həbsdən təzə çıxmaqla hədələdi
Bu zaman qız Nizami İsgəndərova etirazını bilidirib və onunla cinsi əlaqədə olmaqdan imtina edib. Qızın hərəkətlərindən əsəbiləşən Nizami İsgnədərov ona bir şillə vurub.
Daha sonra Nizami İsgəndərov cinsi əlaqədə olmaq istəyini reallaşdırmaq üçün Samirə Əhmədovaya hədə-qorxu gəlməyə başlayıb.
Nizami qıza həbsdən təzə çixdığını bildirərək, onu hədə-qorxu gəlib. O, Samirə Əhmədovaya zor tətbiq edib və cinsi əlaqədə olmaq məqsədilə onu həmin binanın 5-ci mərtəbəsində yerləşən 74 saylı mənzilə zorla gətirib.
Zorla əlaqə
Nizami İsgəndərov mənzilin yataq otağında Samirə Əhmədovaya zor tətbiq etməklə onu soyundurub. O, həmin vaxt Samirənin əynində olan paltarını dartaraq cırıb.
Daha sonra o, Samirə Əhmədovanı yatağa yıxaraq, zorla onunla cinsi əlaqədə olub. Nizami həmin vaxt Samirə Əhmədova ilə zorla 5-6 dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Hədə-qorxu
Cinsi əlaqədə olandan sonra Nizami İsgəndərov polisə şikayət etməmək barədə Samirə Əhmədovaya hədə-qorxu gəlib. O, qıza deyib ki, şikayətçi olduğu halda onu öldürəcək.
Nizami İsgəndərovun hədə-qorxularına baxmayaraq, Samirə Əhmədova mənzili tərk edən kimi birbaşa polis idarəsinə gedib. O, Nizami adlı şəxs tərəfindən təcavüzə məruz qalması barədə şikayətçi olduğu deyib.
İstintaq orqanı tərəfindən Nizami İsgəndərova qarşı Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsisi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
Nəsimi rayon Məhkəməsinin hökmü ilə Nizami İsgəndərov 5 il 7 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
"Öz istəyi ilə cinsi əlaqədə olmuşam
Nizami İsgəndərov şikayətində qeyd edib ki, işi üzrə ədalətli məhkəmə araşdırması aparılmayıb. Onun sözlərinə görə, ibtidai istintaq orqanı qondarma dəlillərə istinad edərək, törətmədiyi cinayətə görə ona ağır cəza verib: "Həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında zərərçəkmişə qarşı heç bir zorakılıq etmədiyimi, onu zorla yaşadığım mənzilə aparmadığımı qeyd etmişəm. Bu hal mümkün olan deyil, çünki qeyd olunan ərazi sakinlərin gur yeri və müşahidə kameralarının olduğu yerdir. Zərərçəkmişin özünün istəyi ilə, müəyyən məbləğdə pul müqabilində razılaşaraq, birlikdə həmin evə qalxmışıq. Evdə zərərçəkmişin istəyi ilə dəfələrlə cinsi əlaqədə olmuşuq.
"Zərərçəkmiş bu yolla pul qazanır
Nizami İsgəndərov qeyd edib ki, zərərçəkmişin digər bu tip cinayət işlərində də adı keçir: "Belə olan halda onun məhz bu peşə ilə pul qazanmasını sübut edir.
Təqsirləndirilən şəxs bildirib ki, məhkəmə cəza təyin edərkən onun məcburi köçkün olmasını, ağır həyat şəraitini, öhdəsində əlil, qoca valideynlərinin olmasını, Qarabağda əlil olan qardaşının köməksiz olmasını nəzərə almayıb.
Bəraət istəyi
Nizami İsgəndərov günahsız olduğunu, zərərçəkmiş tərəfindən şərləndiyini qeyd edib. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə gönədrilib.
Cəzadan 1 il 1 ay çıxıldı
Hakim Mirzəli Abbasovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nizami İsgəndərovun barəsində olan hökm dəyişdirilib.
Məhkəmə Nizami İsgəndərovun barəsində təyin edilmiş cəzanın 4 il 6 aya endirilməsi barədə qərar qəbul edib. Bu qərardan narazı qalan Nizami İsgəndərov kasasiya şikayəti verib.
Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə təqdim edilib. Hakim İmran Hacıqayıbovun sədrliyilə baş tutan prosesdə qərar açıqlanıb. Qərara görə, onun şikayəti təmin olunmayıb.