Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib.
Unikal.org-un məlumatına görə, Prezident İlham Əliyev Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, N.Zeynalov bu vəzifəyə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.