"Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək".
Unikal.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
O bildirib ki, əmək pensiyalarının artımı sığorta hissəsinin üzərinə əlavə olunur: "2017-ci il üzrə orta aylıq əmək haqqının artım tempi 5,7 faiz təşkil edib. Buna uyğun olaraq da pensiyalar 5,7 faiz artırılacaq.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamı ilə artım pensiyaçıların 94 faizinə şamil olunacaq. 1 yanvar 2018-ci il tarixinə ölkədə 1.318.432 pensiyaçı qeydə alınıb. Fevral ayının 13-14-də pensiyaların hesablara köçürülməsinə başlanılacaq".