Meyvə şirələrini ac qarnına içmək bağırsaq mikroflorasına mənfi təsir göstərir.

Unikal.org-un məlumatına görə, bu qənaətə Priston Universitetinin tərkibində olan Lyuis Siqlerin İnteqrativ Genomika İnstitunun alimləri gəliblər.

Mütəxəssislər təcrübələr zamanı siçanlara acqarına meyvə sokları və şirələri veriblər. Məlum olub ki, bu vəziyyətdə nazik bağırsaq fruktozanı parçalaya bilmir və onlar birbaşa yoğun bağırsağa düşür və karbohidratlarla bacara bilməyən mikroorqanizmlərə ciddi ziyan vurur.