Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı ilə 2018-ci il aprel ayının 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü təyin edilməsi ilə əlaqədar olaraq "Azərişıq ASC-də toplantı keçirilib.

Bu barədə unikal.org-a "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tabnrıverdi Mustafayev məlumat verib.

İclası giriş sözü ilə açan "Azərişıq ASC-nin sədri Baba Rzayev bildirib ki, qarşıda bizi çox məsuliyyətli bir iş gözləyir. Seçki dövrünü uğurla başa vurmaq üçün "Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında 19.02.2018-ci il tarixli Əmr imzalanıb. Bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verilib. Cəmiyyətin Sədri 2018-ci il aprel ayının 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.

İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.