Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 300-dən artıq müracitə baxıb. Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.