Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək.
Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkiliVüsal Hüseynovqeyd edib.
O bildirib ki, Milli Məclisdə müzakirə ediləcək yeni qanun layihəsinə əsasən nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.