Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Vilvan kənd tam orta məktəbində "Vətənpərvər Azərbaycan gəncliyi mövzusunda maarifləndirici tədbir keçirilib.

Unikal.org-un məlumatına görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Emil Vəliyev, Orxan Şahmarov, "Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvü Amid Xurşudzadə, Vilvan kənd tam orta məktəbinin direktoru Əliniyaz Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.