Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatıda dəyişikliklər edib.

Unikal.org-un məlumatına görə, qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə " Humanitar və sosial ixtisaslar qrupu bölməsində "İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, "Tibbi hüquq, " Əqli mülkiyyət hüququ, " Əmək hüququ: sosial təminat hüququ, " İdman hüququ və "Turizm hüququ ixtisasları yaradılıb.
Eyni zamanda "Mədəniyyət və incəsənət ixtisasları qrupu bölməsində " Musiqi texnologiyaları, "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu bölməsində "Davamlı inkişafın siyasi idarə edilməsi, "Davamlı inkişafda insan potensialı, "Davamlı inkişafın planlaşdırılması, "Davamlı insan inkişafı və "Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi, "Təbiət ixtisasları qrupu bölməsində "Kosmologiya," Səhiyyə, rifah və xidmət ixtisasları qrupu bölməsində "Gənclərlə iş ixtisasları yaradılıb.