Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində sıxlıq olduğundan avtobusların hərəkətində ləngimə baş verib.

Unikal.org xəbər verir ki, bu barədə "BakuBus MMC məlumat yayıb.

"Hal-hazırda 28 May küçəsi - Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib, - deyə məlumatda qeyd olunub.