"Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis olunub.

Unikal.org-un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzairəyə çıxarılıb.

Dəyişikliyə əsasən, "Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis edilib.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.