Azərbaycanın əfsanəvi futbolçusu  Anatoli Banişevskinin doğum günü münasibəti ilə II Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Onun məzarını ziyarət edənlərdən biri də "Neftçinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev olub.  Unikal.org xəbər verir ki, yazıçı Çingiz Abdullayev jurnalistlərə verdiyi açıqlama ilə diqqət çəkib və 72 yaşı tamamlanan əfsanəvi futbolçunu əsl azərbaycanlı kimi dəyərləndirib: 

"İndi uğuruz nəticələr olanda azarkeşlər deyirlər ki, utanmırsınız? Bəli, uduzduğumuz üçün Banişevskinin ruhundan utanırıq. 

Rusiyada tərtib edilmiş bir siyahıda 10 ən yaxşı rus futbolçu arasında onun da adı var. Düzdür, Banişevski sovet futbolçusu olub. Amma o, bir azərbaycanlıdır. Azarkeşlər onun oyununu görmək üçün stadionlara axışırdılar. Banişevski digər ölkələrdəki futbolsevərlərin də rəğbətini qazanmışdı. Onunla qürur duymaq lazımdır". 

Abdullayev "Neftçi"nin yeni prezidenti Kamran Quliyevə uğurlar arzulayıb: "Artıq klubun yeni prezidenti var. Ona uğurlar arzulayıram. "Neftçi xüsusi, xalq komandasıdır.