Ağcabədi rayonunda 21 yaşlı tələbə qız qaçırılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində baş verib.
Qızın anası Nazilə Musayeva açıqlamasında qızı Sevinc Musayevanın zorla qaçırıldığını iddia edib. Artıq 3 gündür qızından xəbər ala bilməyən ana hüquq-mühafizə orqanlarına məlumat verib.
Məlumatda o da bildirilir ki, ehitimala görə, qızı İsmayıllı rayonundan Ağcabədiyə qonaq gələn şəxs qaçırıb.
S.Musayeva Müəllimlər İnstitunun Ağcabədi filialının 2-ci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.