Qaradağ rayonunda anasını qətlə yetirən şəxs saxlanılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, gecə saatlarında Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova hələki bilinməyən mübahisə zəminində oğlu, 1984-cü il Cəlil Ağasəlim oğlu İslamov qətlə yetirilib.

C.İslamov əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda 120.1 ( Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb.