Əfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq.

Unikal.org xəbər verir ki, bu barədə Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib. R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur:

"Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır.

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir:

"Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq.