Məhkəmə Hüquq Şurasının iclası keçirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub, həmçinin təşkilati məsələlərə baxılıb.

İclasda Ali Məhkəmənin sədri, Şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb. Yeni Şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, ədliyyə naziri Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib.