Yazıçı-jurnalist Elmar Hüseynovun "Katarsis" adlı şeirlər kitabı çapdan çıxıb.
Unikal.org xəbər verir ki, kitabda müəllifin 70-dən çox şeiri yer alıb.
Kitabın redaktoru Səbuhi Şahmursoy, ön sözünün müəllifi Səlim Babullaoğludur.
Qeyd edək ki, kitab 3 Mart 2018-ci ildə "Akademkitab" kitab evində oxuculara təqdim olunacaq.
İmza mərasimi saat 15:00-dan 17:00-a qədər davam edəcək.
Bütün kitabsevərlər dəvətlidir.