Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

Unikal.org-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasında (MSK) komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar.

MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib: "Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var ".