Türkiyənin Bursa şəhərində hər kəs 10 yaşlı oğlan ilə ördəyin dostluğundan danışır.

Unikal.org CCNTurk-ə istinadən xəbər verir ki, 10 yaşlı sahibi tərəfindən "Paytaxt" adı verilən ördək hər gün onunla şəhərdə birlikdə gəzir.

Yol keçidində qaydalara uyğun olaraq hərəkət edən ördək işıqforun qırmızı işığında insanlarla birgə durur, əks halda onlarla birgə yolu keçir.

Yolu keçmək üçün ördək avtomobillərin dayanmasını gözləyir.

Sözügedən video sujeti sizlərə təqdim edirik: