Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı 17 yaşlı oğlu tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Anasını bıçaqlayan S.Zalov "VAZ-2107" markalı avtomobillə hadisə yerindən qaçıb.
17 yaşlı gənc hazırda polis tərəfindən axtarılır.
Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Qeyd edək ki, zalovlar ailəsi Xudat rayonundandır və şəhərcikdə kirayədə qalır.
17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib.