Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş belə sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, müxtəlif səbəblərdən rayon mərkəzinə gələ bilməyən ucqar kəndlərin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Qusar Rayon Polis Şöbələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Rayonunun Zindan-Muruğ İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində və Kuzun kəndində baş tutan tədbir zamanı 69 vətəndaşın sənədləri qəbul edilib.

Şəxsiyyət vəsiqələrini alanlar arasında azyaşlılar və ilk dəfə belə sənədlə təmin edilənlər də olub.