Gənclər və idman naziri Azad Rəhimova yeni müavin təyin edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sabiq icraçı direktoru Fərhad Hacıyev təyin olunub. F.Hacıyev Prezident İlham Əliyevin sərəncamı ilə açılan nazirin üçüncü müavini ştatında fəaliyyət göstərəcək.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimovun digər müavinləri İntiqam Babayev və İsmayıl İsmayılovdur.