"Avtomobilimin olmasına baxmayaraq, 10 ildən çoxdur ki, ictimai nəqliyyatdan istifadə edirəm.

Unikal.org xəbər verir ki, bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "İctimai qınaq niyə azalıb? mövzusunun müzakirəsi zamanı bunu əməkdar incəsənət xadimi Cavan Zeynallı deyib. O, bildirib ki, avtomobilini evinin qarajında saxlayır: 

"Bunun iki səbəbi var. Bakıdakı tıxaclar və sağlamlığım. Avtomobilimdə oturub şəhərin bu başından digər yerinə getmək üçün 10 dəqiqəlik yolu, tıxac olduğu zaman 1 saata gedirsən. Hazırda isə mən metrodan istifadə etməklə hər yerə vaxtında çatıram. Şükür ki, avtomobilimin akumlyatoru xarab oldu və mən yenisini almadım. Günü-gündən kökəlirdim. Amma indi hər yerə ya piyada, ya da ictimai nəqliyyatla gedirəm.

C.Zeynallı avtobusda gənclərin yaşca özlərindən böyüklərə oturmağa yer verməməsini də qınamayıb: 

"Metro və ya avtobusda mən ayaq üstə qalıram. Gənclər mənə yer verəndə oturmuram. Niyə oturum ki? Ayaq üstə qalanda özümü rahat və gümrah hiss edirəm. Düzdür, bəzi yaşlı insanlara yer vermək lazımdır. Onlar məcburən ictimai nəqliyyatdan istifadə edir. Bu zaman onlara yer vermək vacibdir. Şükürlər olsun ki, gənclərimiz də bunu edirlər.

Əməkdar artist Çingiz Əhmədov isə yaşlı insanlara yer verməyən gəncləri qınayıb: "Əvvəllər buna çox pis baxırdılar. Gənclər məcbur qalıb, böyüklərə yer verirdilər. Təəssüflər olsun ki, indi onları qınayanlar nədənsə azalıb. Elə ona görə də, yaşlı insanlara ictimai nəqliyyatda gənclər yer vermək istəmir.

Aktyor Ədalət Əbdülsəmədov məsələyə fərqli yanaşıb: "Əvvəllər kiçiklərə nəsə deyəndə, böyükləri dinləyirdilər. İndi isə tam əksinədir. Bəzən görürsən ki, adama elə cavab verirlər ki, özün mat qalırsan.

Verilişin qonağı olan Unikal.org sayıtının əməkdaşı Amid Əyyuboğlu isə mövzuya münasibəti belə olub: "Bu gün demək olmaz ki, bütün gənclər yaşlı insanlara ehtinatsız yanaşır. Əksər gənclərimiz ictimai nəqliyyatda böyüklərə, yaşlı insanlara, hamilə qadınlara yer verir. Bəzən hansısa yaşlı insana yer verəndə, o, buna etiraz edir. Özünü gənclərdən heç də fərqləndirmək istəmir.