Kim təbiəti sevmir ki? Yaşıl ağacları, rəngarəng çiçəkləri və inci dənəli bulaqları... Amma bəziləri bu sevgini bir az qabardırlar. Hazırda dünyada təbiət eşqi yeni dəbə çevrilib. Təbiətlə seks yaşamaq istəyi oyandıracaq qədər...

Ölkəmizdə çox da bilinməyən, amma dünyada əks-səda verməyə başlamış bir axın var. Ekoseksualizm (Ecosexuality)-¦

Kimdir bu ekoseksuallar, təbiətdə cinsi əlaqəyə girənlərdirmi? Xeyr. 

Unikal.org bu yeni axın barədə heyrətləndirici məqamlar barədə məlumat verir.

Ekoseksual təbiəti cazibədar və seksual görən insana deyilir.

Əvvəllər bir sənət performansı olaraq başlayan məsələ, hazırda Avstraliya Melburndakı Kral Botanika Bağçasında bir məkana belə sahibdir. Bu məkana gedib doyana qədər təbiətlə birləşə bilirsiniz.

Təbii, sadəcə təbiətlə cinsi hisslər yaşamaq deyil, onu qorumaq da işin içində var-¦

Qlobal istiləşmədən sonra ortaya çıxmış bu axın, əslində, təbiəti təməl görən, onu qoruyan, kirlətməyən bir baxışa sahibdir.

Qənaətcil olmaq, tullantıları uyğunsuz yerlərə atmamaq, təbiətə zərər verən maddələrdən hazırlanan əşyalardan istifadə etməmək... Hamısı bu işə daxildir.

Ağac qucaqlayan, çiçəklərə barmaqlarıyla toxunan otlara cinsi orqanlarını sürtən birini görsəniz, ekoseksual olduğunu anlaya biləcəksiniz.

Təbiəti qoruyan hər kəs ekoseksual deyil. Amma hər ekoseksual təbiətə yaxşı davranmaq məcburiyyətindədir. Çünki işin fəlsəfəsi bunu vacib edir.

Ekoseksuallar arasında mühəndis də, həkim də, idmançı da var...

"Təbiətə aşiqəm deyərkən yalan söyləmirlər. Ağac gövdələri şəhvət dolu bir parça, ya da dənizdə üzmək bir cinsi birləşmədir onlar üçün.

Dünyada ən az 100 min ekoseksual olduğu təxmin edilir.

San Fransiskoda yaşayan, sənətçi lezbian cütlük Annie Sprinkle və Elizabet Stephens ekoseksualların artmasında başlıca rol oynayır.

"Təbiət bizi ehtiraslandırır. Bunu bir ekoseksualın dilindən eşitmək olduqca təbiidir. Çünki onlar bir çəmənlikdən və ya yumşaq bir torpaqdan da ehtiraslanırlar.