Moskvada renovasiya proqramı çərçivəsində iki beşmərtəbəli binanın sakinləri yeni mənzillərə köçməyə razılıq verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, ilk mərhələdə 134 ailə köçürülür.

Yeni tikililərin söküləcək binalardan 300 metr məsafədə yerləşdiyi bildirilir.

Qeyd edək ki, Moskvanın renovasiya (yaşayış evlərinin yenilənməsi) proqramı 2017-ci il avqustun 1-i təsdiq olunub. Əvvəlcə proqrama əsasən 5144 binanın sökülməsi nəzərdə tutulsa da, sonradan binaların sayı 5175-ə çatdırılıb. Ümumilikdə 1 milyona yaxın sakinin yaşadığı 350 mindən çox mənzilin köçürülməsi nəzərdə tutulur. Proqramın 2032-ci ildə başa çatması planlaşdırılır.