"Razin talkuçkası kimi tanınan Bakıxanov Ticarət Mərkəzində çalışan ticarətçilər yol polisindən narazılıq edir.

Unikal.org-a ticarətçilərin bildirdiyinə görə, yol polisi ticarət mərkəzinə alver üçün gələn müştərilərin bazarın qarşısında avtomobil saxlamasına icazə vermirlər.

Yol polisi bazara ticarət etməyə gələn müştəriləri sözügedən ərazidən uzaqlaşmağa göstəriş verir və əks halda cərimələyirlər. Bu da müşətərilərin ciddi narazılığına səbəb olur. Bazarda ticarətlə məşğul olanların bildirdiyinə görə, polisin bu əraziyə gəlib, belə maneələr törətməsi hər il demək olar ki, eyni vaxtda baş verir. Həmçinin qarşı tərəfdə maşınların dayandığı yerdə sarı zolaqlar var. Ticarət mərkəzinə aid olan parklanma isə heç də piyadaların hərəkətin mane olmur. Bazarda çalışanların bildirdiyinə görə, artıq 1 həftədən çoxdur ki, "alver dayanıb. Malları əllərində qalıb, xarab olmaq üzrədir. Bildirilib ki, bir həfətdir ki, satış həyata keçirə bilmirlər.

Polis əməkdaşları sürücülərə bazardan çox uzaqda dayanmağı, ya da ki, yolun əks istiqamətindəki dar yolda qurulan sarı zolaqda saxlamağa göstəriş verir.

Halbuki, bazarın qarşısındakı parklanma rəsmi olaraq ticarət mərkəzinə aiddir və sürücülərin sözügedən ərazidə dayanmasında hər cür şərait var. Bura nə piyadaların, nə də yoldan keçən avtomobillərin hərəkətinə hər hansı maneə törətmir. 

Ticarət mərkəzindən unikal.org-a sözügedən ərazinin onlara aid olmasını təsdiq edən sənədləri də təqdim ediblər. 



Bildirilib ki, məsələ ilə bağlı 2016-cı ildə prezident aparatına məktub da ünvanlanıb:

"O zaman da belə bir hal baş vermişdi. Bu məktubdan sonra heç kim bura gəlmədi. 2 il sonra yenidən eyni tarixdə polisləri bura göndəriblər ki, camaata mane olsun. Ondan əvvəlki illərdə də belə hal baş vermişdi. İnşallah problemin həll olunacağına inanırıq.