"Instagram sosial şəbəkəsində səsli və video zəng funksiyaları işə salınacaq.

Unikal.org-un məlumatına görə, istifadəçilər sosial şəbəkənin "Android versiyasında "zəng və "videozəng funksiyalarının işarələrini aşkar edib.

Bu funksiyaların işə salınması hələ yanvar ayında elan olunmuşdu. Hazırda bu funksiyaların sınaq rejimində olduğu ehtimal edilir.

"Instagram bununla bağlı məlumatları təsdiq etməyib.