Siz də stressdən xoşlanan insanlardansınız? Qəribə də olsa, bəzi insanlar eyni anda birdən artıq işlə məşğul olmağı sevirlər. Əlbəttə ki, bu da yorğunluğa səbəb olaraq stress yaradır. Stressi azaltmaq üçün ilk olaraq sizi stressə salan nəsnələrə qarşı münasibətinizi dəyişməlisiniz.

Unikal.org lent.az-a istinadən bununla bağlı sizə bəzi məsləhətlər verir.

Hadisələrə anında qıcıqlanmaq əvəzinə bir az düşünün. Məsələn, sizi əsəbləşdirəcək hadisə baş veribsə, kimləsə sözünüz tərs gəlibsə, o dəqiqə özünüzdən çıxmayın. Özünüzə zaman ayırıb düşünün, nə edəcəyinizə qərar verin və sonra nə etmək istəsəniz edin.

Ağlamaq əvəzinə gülməyə çalışın. Yoldaşınız, yaxud müdirinizlə dalaşmısınız. Özünüzü dəyərsiz hiss edirsiniz. Çox qadınlar bu halda gücü göz yaşlarına verirlər. Ancaq "kranları" işə salmazdan öncə düşünün, boş bir şey üçün bu qədər reaksiya verməniz düzgün deyil.

Gülməyə çalışın. Stressə səbəb olan yerdən uzaqlaşın. Əsəbləşdiyinizi, əllərinizin titrəməyə başladığını, qızardığınızı görən kimi həmin mühitdən uzaqlaşın. Otaqdan çıxın, həyətə gedin, ya da sizi rahatladacaq başqa bir şey edin. Qısası, "kanalı dəyişin". Əks halda, sizə çox ziyan ola bilər.