Bu gün "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş verib. Məsələ ilə bağlı modern.az qurumun keçmiş rəisi Tağı Əhmədovla əlaqə saxlayıb. 

Unikal.org xəbər verir ki, T.Əhmədov ona ünvanlanan suallara cavab vermək istəməyib. 

O, "problemlər daha mənlik deyil. Problemlərə mən cavabdeh deyiləm deyərək, şərh vermək istəməyib.

Qeyd edək ki, Tağı Əhmədov hazırda YAP-ın Yasamal rayon təşkilatının sədridir.