"Nazirliyin müraciəti əsasında qəbir yerini Bakı Şəhər İcra Hakimiyyəti ayırıb".

Unikal.org xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov tanınmış bəstəkar Tahir Əkbərin məzar yerinin ailəsi tərəfindən dəyişdirilməsinə münasibət bildirərkən səsləndirib.

Şöbə rəhbəri bildirib ki, bu məsələdə onların heç bir məsuliyyəti yoxdur:

"Azərbaycanın mərhum bəstəkarı Tahir Əkbərə Allahdan rəhmət diləyirik. Qeyd etmək lazımdır ki, o, vəfat etdikdən sonra vida və dəfnlə bağlı təşkilatı məsələlər Mədəniyyət və Turizm tərəfindən həyata keçirilib. Eyni zamanda vida mərasimində nazir Əbülfəs Qarayev də iştirak edib. Nazirliyin müraciəti əsasında qəbir yerini Bakı Şəhər İcra Hakimiyyəti ayırıb. Çox güman ki, sonradan ailəsinin istəyi ilə məzar yeri dəyişdirilib".

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib. Martın 3-də isə Lökbatan ərazisindəki qəbristanlıqlardan birində dəfn edilib. Ailəsi isə səhəri gün onu çıxararaq, Yasamal qəbristanlığında-atasının məzarında dəfn edib.