Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman bir ədəd "TOZ 8 markalı tüfəng, bir ədəd kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi, ona aid yeddi ədəd patron və bir ədəd içərisində altı ədəd patron olan "Revolver tipli tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.