Müsavat partiyasının 5-ci başqanı İsa Qəmbərin səhhəti müsbətə doğru dəyişir. Unikal.org xəbər verir ki, bu barədə partiya funskioneri Gülağa Aslanlı məlumat yayıb. O sosial şəbəkədə İ.Qəmbərin vəziyyəti ilə məlumat verərkən bildirib ki, Müsavatın hazırkı başqanı Arif Hacılı sələfi ilə bir yerdədir: 

"İndicə Müsavat Partiyasının başqanı Arif Hacılı ilə danışdım. Əhvalının yaxşı olduğunu hiss etdim. Arif bəy İsa bəyin səhhətinin sürətlə yaxşılaşdığını, heç bir əlavə problem olmadığını söylədi. İsa bəyin salamlarını onu sevənlərə, Azərbaycan xalqına çatdırmağı xahiş etdi. İsa bəyin müayinə və müalicəsinin həftənin sonuna qədər başa çatacağını inamla bildirdi. Bu məlumatı bütün dostlara çatdırmağı tövsiyyə etdi". 

Qeyd edək ki, İ.Qəmbər ürəyində yaranan problemlə bağlı əvvəlcə Azərbaycanda Mərkəzi Klinikada, indi diə Türkiyənin Hacettepe universitetində müayinə və müalicə olunur.