Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr nəticəsində Ermənistan nəinki iqtisadi blokadada qalıb, həm də başladığı layihələr onlar üçün iqtisadi yükə çevrilib.

Unikal.org xəbər ki, erməni mətbuatında yer alan analitik məqalələrdə bu, açıq etiraf edilir.

"Armtimes" saytı bildirir ki, İran ilə Ermənistanı birləşdirəcək yolun çəkilişi ilkin mərhələdə 962 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin yolun heç yarısı çəkilməmiş məlum oldu ki, bu layihənin reallaşması üçün 2 milyard dollar vəsait lazımdır. Sonra isə dünyada iqtisadi böhran baş verdi və yolun çəkilməsi üçün 3 milyard dollara ehtiyac olduğu ortaya çıxdı. Heç bir maliyyə resurusu olmayan Ermənistan isə bunu kreditlər hesabına etmək niyyətindədir.

Məqalədə bildirilir ki, Ermənistan bu yolu başa çatdırmaqla tranzit gəlirləri əldə etmək istəyir. Amma Azərbaycanın iştirakı ilə reallaşdırılan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Ermənistanın tranzit ölkəyə çevrilməsi imkanlarının faktiki olaraq sıfıra endirir. Çünki rəsmi Bakının təklif daha cəlbedici və geniş imkanlıdır. Məqalədə bildirilir ki, Ermənistan kredit axtardığı müfddətdə Azərbaycan Astara-Astara dəmir yolu xəttini başa çatdırdı. Yaxın gələcəkdə Hindistanın Mumbay limanından çıxan yük gəmiləri İranın Fars körfəzindəki Bəndər-Abbas limanına yan alacaq. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Rusiya və Avropa ölkələrinə daşınacaq.

Ermənistan mətbuatı etiraf edir ki, iqtisadi blokadadan qurtulmağın yeganə yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əks halda Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. /xezerxeber.az