Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası"nı təsdiqləyib.

Unikal.org xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən "Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası təsdiq olunub.