2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində "Nar operatoru "Ən aktiv işəgötürən şirkət mükafatına layiq görülüb.

Unikal.org xəbər verir ki, sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb olub.

Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak edib. "Azerfon MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən "Narın bu mükafata layiq görülməsindən məmnunluğunu dilə gətirib:

"Yerli bir şirkət olaraq "Nar hər zaman azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq. Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq görüldüyümüz üçün fərəh hissi keçiririk. "Nara göstərilən marağa görə bütün sərgi iştirakçılarına təşəkkürümü bildirirəm.

Qeyd edək ki, ADA universitetində keçirilən sərgini ümumilikdə 800-dən çox tələbə ziyarət edib. Birbaşa şirkət təmsilçiləri ilə ünsiyyətdə olan tələbələr müxtəlif şirkətlərdə karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

"Azerfon MMC ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini istifadəyə verib.

Mobil operator səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən "HD-Voice (High Definition Voice) xidmətini təqdim edib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə iki milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.