Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması tənqid obyektinə çevrilib. Sözügedən görüntü Qazax rayon İcra Hakimiyyətinin rəsmi saytında da yerləşdirilmişdi.
Unikal.org-un sözügedən foto ilə bağlı tənqidi məqaləsindən sonra, Qazax rayon İcra Hakimiyyətinin rəsmi saytında həmən görüntü çıxarılıb.
Yerinə isə, sadə vətəndaşların çətir tutma fotosu yerləşdirilib.
Həmin görüntünü sizlərə təqdim edirik: