Dövlət Sərhəd Xidmətinin (DSX)hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarının təsvirləri dəyişir.

Unikal.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin martın 6-da imzaladığı"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirlərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 15 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirlərinin şəkilaltı yazılarında "SGGD abreviaturası "SM abreviaturası ilə əvəz edilib.