"İsa Qəmbərin vəziyyəti yaxşıdır.
Unikal.org xəbər verir ki, bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Ankaradakı Hacettepe Universiteti Xəstəxanasının Nevrologiya bölməsinin professoru Murat Arsava deyib.
Həkim bildirib ki, İ. Qəmbərin daxili orqanlarının funksiyaları yerli-yerindədir və müalicələr müsbət nəticə verib: "O, yaxın günlərdə xəstəxanadan çıxa bilər.
Qeyd edək ki, İ. Qəmbər fevral ayının sonunda müalicə üçün Türkiyəyə gedib.