Binəqədi RPİ-nin əməkdaşları axtarışda olan şəxsi həbs edib.

Unikal.org "Ölkə.Aza istinadən xəbər verir ki, Astara rayon sakini Aqil Umud oğlu Bünyadov külli miqdarda dələduzluq etdiyinə görə axtarışda olub.

Qeyd edək ki, Aqil Bünyadov 2010-cu ildə Nərimanov rayonu ərazisində yaşayan Məhəbbət Quliyev adlı şəxsə qarşı da dələduzluq edib. Belə ki, həmin şəxsin etimadını qazanan Aqil onun "Mercedes" markalı avtomaşınını əlindən alıb. Bununla belə, məhkumluq həyatı yaşayan Bünyadov həbsdən çıxdıqdan sonra əməllərini tərgitməyib və 2014-cü ildə Suraxanı rayonunda da oxşar cinayət törədib.
Hazırda saxlanılan A.Bünyadov barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa Binəqədi polisi dələduzluq maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Namiq Nadir oğlu Nəzərovuda həbs edib. Hər iki faktla bağlı istintaq tədbirləri davam etdirilir.