Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyində (Science City) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

İcra Hakimiyətindən Unikal.org-a verilən xəbərə görə, mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, AMEA prezidenti, akademik Akif Əlizadə, Təhsil Nazirinin müavini Firudin Qurbanov və başqa şəxslər iştirak ediblər.

Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlər də olacaq. Mənzillərin sayı 1928 ədəddir. Yaşayış kompleksinin 2 il müddətində təhvil verilməsi nəzərdə tutulub.