Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.
Unikal.org-un xəbərinə görə, 1985-ci il təvəllüdlü Kamran Adıgözəlovun Azərbaycana ekstradisiya olunması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, K.Adıgözəlov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olub.