Saatlıda ev yanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Dədə Qorqud kəndində ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Ev əşyalarının bir hissəsi və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.-‹