Lənkəranda döyülərək xəstəxanaya yerləşdirilən qadın ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.
M.Qafarovanın yaxın qohumu bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.