Vergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus bağ evi hərraca çıxarıb.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, vergi ödəyicisi Hüseyn Bayramova məxsus Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 367 nömrəli bağ evinə 41 min manat qiymət qoyulub. Əmlak satılmadığından qiyməti 20% aşağı salınaraq 40,980 min manata endirilib.
Hərracda iştirak etmək istəyənlər əmlaklara görə 4098 manat beh verməlidir.
Bundan başqa, Şirvan şəhərində Əlirza Kərimova məxsus iki qeyri-yaşayış binası da hərraca çıxarılıb. Əmlaklara 45 min və 20 min manat qiymət qoyulub. Satılmadığından qeyri-yaşayış binalarının qiyməti 40% aşağı salınaraq müvafiq olaraq 27 min və 12 min manatadək endirilib. Hərracda iştirak etmək istəyənlər hər əmlaka görə müvafiq olaraq 2700 və 1200 manat beh verməlidir.