Martın 10-da paytaxtın Yusif Səfərov küçəsində qəza baş verib. Unikal.org xəbər verir ki, qəzanın başvermə adnı Avtosfer.az-ın kamerasına düşüb. Həmin küçənin sağ zolağıyla hərəkət edən 90-UP-906 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qəfildən sol zolağa keçib geriyədönmə yerinə daxil olmaq istəyərkən sol zolaqda hərəkət "Lexus" markalı avtomobilin qarşısına çıxıb. Bu vaxtı "Lexus"-un sürücüsü qəzadan yayınmaq üçün sükanı sola burub, lakin qəza qaçılmaz olub. O, ayırıcı zolağın üzərinə çıxaraq əks istiqamətə keçib. Qəzaya səbəb olan sürücü isə heç nə olmamış kimi dərhal hadisə yerindən yayınıb.

Hadisə şahidlərinin sözlərinə görə "Lexus" markalı avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.