Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu günaxşam saatlarında "Qədiroğlu restoranında qeydə alınıb.

Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdəMingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onunbud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub.

Faktla bağlı araşdırma aparılır.